Azərbaycan millisi AÇ-nin final mərhələsinə qatılacaq
Avropa Voleybol Konfederasiyası 2021-ci ildə qadınlar və kişilər arasında keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək komandaların adlarını açıqlayıb. Siyahıda Azərbaycan millisi də yer alıb.
Hər iki yarışda 12 komanda mübarizə aparacaq. Qadınlardan ibarət Azərbaycan yığması da final mərhələsinə birbaşa qatılmaq hüququna yiyələnib. Doğrudur, komandamız son Avropa çempionatını 10-cu yerdə bitirib. Ancaq millimizi qabaqlayan 9 ölkədən 2-si ev sahibləri arasında olduğundan, voleybolçularımız yarışda iştirak hüququ qazanan 8 komanda sırasına düşüb.
Qadınların çempionatında Serbiya, Bolqarıstan, Xorvatiya, Rumuniya (ev sahibləri), Türkiyə, İtaliya, Polşa, Niderland, Almaniya, Rusiya, Belçika və Azərbaycan mübarizə aparacaq.
Kişilərin yarışına isə Polşa, Çexiya, Finlandiya, Estoniya (ev sahibləri), Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya və Belçika qatılacaq.
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...