“İlkin Nərmini oxutmaq üçün qaçırdığını deyib” - Yeni şok detallar
Nərminin yandırılarkən videoya çəkilməsi barədə bizdə məlumat yoxdur.
Bu sözləri Axar.az-a açıqlamasında Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra yanmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın yandırılan zaman videoya çəkilməsi barədə danışan əmisi Lətif Quliyev deyib.
O bildirib ki, İlkin Süleymanova kimlərin kömək etməsi və Nərminə təcavüz edilib-edilməməsi barədə dəqiq məlumat hüquq mühafizə orqanları tərəfindən yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
L.Quliyev İlkin Süleymanovun kənddə kimləsə ədavətdə olması və ya bundan əvvəl hansısa qadına və yaxud kiməsə əxlaqsız hərəkət etməsi barədə heç vaxt eşitmədiklərini qeyd edib.
Nərmin Quliyevanın nənəsi Minayə Quliyeva isə saytımıza açıqlamasında bildirib ki, İlkin Süleymanov Nərmini guya oxutmaq məqsədi ilə qaçırdığını deyib:
"Özü ifadəsində deyib ki, Nərmini oxutmaq üçün qaçırıb. 4 gün yemək verib. Sonra sözünə baxmadığı üçün başına daşla vurub. Nərminin qətlində əli olan digər şəxslər barədə hələlik araşdırma aparılır”.
Qeyd edək ki, mətbuatda Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra öldürülüb yandırılan 10 yaşlı Nərmin Quliyevanın yandırılan zaman videoya çəkilməsi barədə məlumat yayılıb.
-
Bakıda saxta dollar dövriyyəyə buraxmaq istəyən şəxs saxlanıldı - Fotolar+Video
...
-
O video Bakıda necə çəkilib? - DTX qadınları saxladı
...
-
İrandakı səfirliyimizə hücumun yayımlanmayan görüntüləri - Video
...
-
Rəşad Dağlı özünü təqsirli bilmir
...
-
Bakıda sürücü “Prius”u polislərin üzərinə sürdü - Video
...
-
“İskəndər dedi ki, Rəşad çaşsa, onu vuracaq”
...
-
“İPhone”a görə saxlanılan millimizin üzvləri ilə bağlı - Qərar
...
-
Rəşad Dağlı daha bir maddə ilə ittiham olunur
...
-
“Mən buranın lotusuyam” dedi, kafedə kütləvi dava düşdü - Video
...
-
“Könül DTX zabiti olduğunu, xüsusi tapşırıqla həbsə salındığını demişdi”
...