“İcra orqanları tərəfindən vicdansızcasına bu vəsaitin talanması...” - Prezident
“İctimai ödənişli iş yerləri ilə bağlı bu təşəbbüs mənim tərəfimdən irəli sürüldü, o vaxt ki, dövlət investisiya xərcləri kəskin şəkildə aşağı düşdü. Bunu da biz məcburiyyət qarşısında etdik. Çünki neftin qiyməti dörd dəfə aşağı düşmüşdü, gəlirlərimiz azalmışdı və büdcəmiz ixtisar edilmişdi, o cümlədən investisiya proqramı da böyük dərəcədə ixtisara uğradı”.
Bunu Prezident İlham Əliyev yanvarın 13-də Azərbaycan Prezidenti yanında keçirilən müşavirədə deyib. Dövlət başçısı işində pozuntulara yol verən şəxslərin bundan sonra da cəzalandırılacağını vurğulayıb:
“İşsizliyin qabağını almaq üçün mənim təşəbbüsümlə on minlərlə ödənişli ictimai iş yeri yaradılmalı idi. Ancaq əfsuslar olsun ki, biz bu proqramın icrasında çox böyük pozuntulara rast gəldik. Xüsusilə yerli icra orqanları tərəfindən vicdansızcasına bu vəsaitin talanması və ödəniş kartlarının yığılması, ondan sonra oradan pulun çəkilməsi, yaxud da öz yaxın adamlarının, bu işlərlə qohumlarının təmin edilməsi, əlbəttə ki, dözülməz faktdır və buna görə artıq bu pozuntulara yol verən şəxslər cəzalandırıldı və bu işlər davam etdiriləcək. Bu, hər kəsə dərs olmalıdır. Amma, eyni zamanda, elə bir mexanizm işlənməlidir ki, bu pozuntulara ümumiyyətlə, imkan olmasın. Ona görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verildi ki, onlar bu işin koordinasiyasını öz üzərinə götürsünlər və ödənişli ictimai işlərə götürülən vətəndaşlar məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəsmiləşdirilsin”.
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...