Bakcell yeni “099” prefiksini istifadəyə verib
Bakcell şirkəti özünün yeni “099” (və ya beynəlxalq yığım qaydası +99499 olan) mobil prefiksini kommersiya istifadəsinə verib. Nömrələrin satışı bu gündən etibarən həyata keçiriləcək.
Yeni 099 prefiksi sayəsində istifadəçilər geniş çeşidli yeni nömrələrdən seçim imkanı əldə edəcəklər. İlkin mərhələdə Bakcell abunəçilərinə “099”la başlayan və uşaqların doğum günü və ya həyatlarının hər hansı əhəmiyyətli günü ilə bağlı olan xüsusi kombinasiyalı mobil nömrələr əldə etmək imkanı veriləcək. Həyatlarının vacib və yaddaqalan hadisəsini mobil nömrə vasitəsi ilə ifadə etmək və yaxud sadəcə gözəl bir kombinasiyalı nömrə əldə etmək imkanı müştərilərin əldə etdiyi nömrələrə əlavə dəyər qatacaq. Bütün bunlar isə Azərbaycanın ən üstün mobil şəbəkəsi (Ookla şirkəti tərəfindən keçirilmiş sınaqlara əsasən) və rahat müştəri xidmətlərindən istifadə etmək imkanı yaradır.
“Yeni 099 prefiksi vasitəsilə biz istifadəçilərə çox xüsusi və fərdi nömrələr əldə etmək üçün daha geniş imkanlar təklif edəcəyik və bu nömrələri ölkənin ən üstün mobil şəbəkəsində (Ookla şirkəti tərəfindən keçirilmiş sınaqlara əsasən) istifadə etmək onlara əlavə üstünlüklər qazandıracaq. Müştərilərimizə ən yüksək keyfiyyətli müştəri təcrübəsi ilə təmin etməyə yönəlmiş fəaliyyətimizi davam edəcəyik” deyə Bakcell şirkətinin baş icraçı direktoru Rainer Ratgeber bildirib.
Qeyd edək ki, “099”la başlayan nömrələr aylıq abunə haqqı ilə təklif olunan aşağıdakı tariflərdən biri ilə aktivləşdirilir: “CIN5”, “DaimOnline6”, “DaimOnline10”, “Klass L”, “Klass XL”, “Klass XXL”, “Klass 3XL”.
Bakcell xidmət və şəbəkə keyfiyyətinin müntəzəm qaydada təkmilləşdirilməsi vasitəsilə abunəçilərini ən üstün müştəri təcrübəsi ilə təmin etməyə davam edəcək.
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...
-
“Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
...
-
Yelo Bank” 5 nominasiyada qalib oldu!
...
-
“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafat alıb
...
-
“Yelo Bank” ilə xəyallarını bu bahar gerçəkləşdir!
...
-
Qaz kartının balansını Yelo App vasitəsilə artır
...
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...