Elmi-Tədqiqat Kardiologiya İnstitutu Psixi Sağlamlıq Mərkəzi ilə birgə elmi-praktik seminar keçirib - FOTOLAR

19:11 17-01-2020 | icon 3344
Elmi-Tədqiqat Kardiologiya İnstitutu Psixi Sağlamlıq Mərkəzi ilə birgə elmi-praktik seminar keçirib - FOTOLAR

Bu gün Akad.C.Abdullayev adına Elmi-Tədqiqat
Kardiologiya İnstitutu Psixi Sağlamlıq Mərkəzi ilə birgə “Kardiologiya və
psixiatriya: Kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktika, diaqnostika və
müalicəsi” mövzusunda elmi-praktik seminar keçirmişdir. Seminarda
Respublikanın aparıcı kardioloq, psixoloq, terapevt, nevropatoloq və psixiatrları
iştirak etmişdir.


Seminarı giriş sözü ilə Akad.C.Abdullayev adına Elmi-Tədqiqat
Kardiologiya İnstitutunun direktoru t.e.d. Gülnaz xanım Dadaşova və Psixi
Sağlamlıq Mərkəzinin direktoru professor Fuad İsmayılov açmışdır. Onlar
insanlarda uzun müddət stress, gərginlik və depressiv vəziyyətlərin olmasının ilk
növbədə ürək-damar sisteminə mənfi təsir göstərməsini, bu gün insanların ruhi,
mənəvi problemlərinin aradan qaldırılmasının vacib olmasını söyləmişlər. Əgər bu
vəziyyətlər aradan qaldırılmasa kardioloqların bütün müalicə cəhdlərinin səmərəsiz
olacağı qeyd edilmişdir.


Sonra Akad.C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun
psixiatrı “Kardioloji profilli xəstələrdə depressiya və həyəcan simptomlarının
erkən aşkarlanması-pilot layihənin nəticələri” mövzusunda çıxış etmişdir. Eyni
zamanda psixiatrik və ürək dərmanlarının qarşılıqlı əlaqəsi barədə məlumat
verilmişdir. Məruzələrdən sonra mövzu ətrafında müzakirələr aparılmış,
iştirakçıları maraqlandıran suallar cavablandırlılmışdır. Sonda elmi-praktik
seminarın günün tələbinə uyğun olması, istər kardioloq, istərsə də psixiatrlar üçün
böyük əhəmiyyət kəsb etməsi vurğulanmışdır.


Digər xəbərlər

0.26054692268372