“Bu videoda polis rüşvət almayıb” - Rəsmi açıqlama
“Sosial şəbəkələrdə paytaxtda yol polisinin rüşvət alması iddiaları ilə bağlı yayılan videogörüntülər Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsində tam və hərtərəfli araşdırılıb. Görüntülərdə qeyd olunan iddialar əsassızdır”.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, ötən ilin aprel ayının 26-da 90-FX-065 dövlət qeydiyyat nişanlı avtomobil “Yol Hərəkəti haqqında” qanunun 69-cu maddəsini VII hissəsinin 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozduğu üçün yol polisi tərəfindən dayandırılıb.
Vətəndaş Həmzə Muradov avtomobildən düşərək sürücülük vəsiqəsini yol polisinə verdikdən sonra avtomobillər yolun hərəkət hissəsindən kənara çəkilərək yol ayrıcında İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunub.
Araşdırmalarla sübuta yetirilib ki, yol polisi inzibati xəta üzrə vəzifələrini tam və qanunauyğun formada icrasını təmin edib, hər hansı qanunsuzluq faktı aşkarlanmayıb.
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...