Yusifzadə 60 illik xəyalına qovuşdu – Elektrik qatarı ilə Pirşağıya
Görkəmli neftçi-alim, SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə 90 illik yubileyində həyatından danışdığı bir məqam cəmiyyətdə maraqla qarşılanıb:
“Neft Daşlarında işləyirdim. Amma xanımım hər gün kənddən şəhərə gedib-gəlirdi, özü də o vaxt yollar Pirşağıda bir kökdəydi. Gördüm bu yazıq lap əziyyət çəkir. İdarə rəisim Bəxtiyar Məmmədovd ərizə yazdım. Dedim ki, Bəxtiyar Mamedoviç, ya Pirşağıya “elektriçka” çəkdir, ya da mənə ev ver. O, da bir az fikirləşib dedi ki, “elektriçka” çəkdirə bilmərəm, amma sənə ev verərəm… O gün cənab İlham Əliyev Pirşağıya “elektriçka” ilə gəldi. Mən gördüm bu “elektriçka”nı, dedim, ay Xoşbəxt, 60 ildən sonra sənin “elektriçkan” gəldi Pirşağıya…”.
Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi mərasimdə Xoşbəxt Yusifzadənin nəql etdiyi bu məlumat alqışlarla qarşılanıb.
Azərbaycan Dəmir Yolları QSC isə maraqlı təşəbbüsə imza atıb. Akademik Xoşbəxt Yusifzadə 60 il arzusunda olduğu Pirşağı elektrik qatarının sərnişini olaraq Bakı Dəmir Yolu stansiyasından qəsəbəyə gedib.
ADY Sərnişindaşıma Departamenti və Mətbuat Katibliyinin rəhbərliyi və əməkdaşlarının müşayəti ilə gerçəkləşən kiçik səyahətdə REAL TV-nin rəhbəri Mirşahin Ağayevin yolboyu X.Yusifzadə ilə söhbəti lentə alınıb. Hazırlanmış müsahibə REAL TV-də efirə gedəcək.
Xatırladaq ki, ötən ilin dekabrın 2-dən etibarən gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 8 qatarın hərəkətdə olması təmin edilir.
-
Rusiya Azərbaycan münasibətləri dinamik inkişaf edir
...
-
Regional təhlükəsizliyin təminatı əsas şərtdir
...
-
Münasibətlərimiz sülhə və əminamanlığa xidmət edir
...
-
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
...
-
Onlar da Füzuliyə yola düşdülər - Fotolar
...
-
Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir
...
-
Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib
...
-
Sabah 30° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”
...
-
Şənbə günü 30° isti olacaq
...