Daha güclü Azərbaycan naminə

11:02 21-01-2020 | icon 2608
Daha güclü Azərbaycan naminə

TANRININ MƏRHƏMƏT VƏ ÜMİDİNƏ SIĞINARAQ, Mərdliyinə, Ləyaqətinə arxalanaraq öz layiqli namizədinizə səs verin!

123 saylı Kəlbəcər seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə Deputatlığa namizəd Aqil Sadıq oğlu Məmmədov 01 aprel 1960-cı ildə Kəlbəcər rayonu Ağdaban kəndində anadan olmuşdur. Ali təhsillidir. 1987-ci il də Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirmişdir. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almışdır. O, 1976-cı ilin sentyabr ayında Kəlbəcər rayonundakı “Ağdaban“ kolxozunda kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. 1979 - 1981-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Sonralar Xanlar (hazırki Göygöl) rayonunda Həmkarlar İttifaqı, Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin sədri, Göygöl rayon İdman komitəsinin sədri, Göygöl rayonu “Məhsul” İdman Cəmiyyətində məşqçi müəllim, Göygöl şəhər 2 saylı tam orta məktəbində müəllim işləmişdir. 

2006-cı ilin oktyabr ayından Kəlbəcər rayon İcra hakimiyyəti başçısı aparatında İctimai təşkilatlar və siyasi partiyalar şöbəsində böyük referent vəzifəsində çalışmış, 2008-2013-cü ildə Kəlbəcər rayon İcra hakimiyyəti başçısının I müavini vəzifəsində işləmişdir.  4 mart 2013-cü il tarixdən isə Kəlbəcər rayon İcra hakimiyyəti başçısı vəzifəsində işləyir. Ailəlidir. 2 övladı var.

Aqil Məmmədov köçkünlük həyatının acısını dadan bir insandır. Öz bilik və bacarığını doğma xalqının rifahına yönəldən Aqil Məmmədovun fəaliyyətinin əsas məqsədi az təminatli və yoxsulluq həddində yaşayan ailələrə sosial problemlərinin həlli yollarının tapılması, sosial problemlərin həllinə və inkişafına xidmət edən, eləcə də yetkinlik yaşına çatmış uşaq evi məzunlarının yaşayış yeri və işlə təmin olunmasına kömək edən layihələrin hazırlanması və həyata keçirilməsi, kimsəsiz insanların, əlilliyi olan müharibə veteranlarının, şəhid ailələrinin işlə təmin olunmasına yardımedilməsi, tənha yaşlı insanlara sahib çıxaraq onlara qayğı göstırilməsi, əhalinin ahıl təbəqəsi və qocalar evində yaşayan şəxslərin problemləri ilə maraqlanaraq, bu sahədə onlara dəstək olunması, həmçinin sağlamlıq imkanları məhdud uşaqalar üçün rayonlarda yerli qayğı mərkəzlərinin açılmasıdır.

123 saylı Kəlbəcər seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə Deputatlığa namizəd Məmmədov Aqil Sadıq oğlunun seçicilərinə müraciəti:

Əziz siyasi həmfikirlər, əziz həmvətənlər!
Yeni Azərbaycan Partiyası ölkə ərazisində 123 seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seckilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə öz namizədləri ilə qatılır və onların təbliğat-təşviqat prossesi başlanmışdır.


Mən, Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon 123 saylı seçki dairəsindən namizədliyi irəli sürülmüş Məmmədov Aqil Sadıq oğlu bütün layiqli namizədlərə uğurlar arzu edir və hər birinin qələbəsinə inanıram.


Doğma Partiyamızın “Daha güclü Azərbaycan naminə” apardığı bu mübarizədən də qalib çıxacağına əminəm!


Digər xəbərlər

0.30188202857971