Müəllimlərin işə qəbulunda yenilik - Video
Növbəti tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydalarına dəyişikliklər edilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, dəyişikliklərə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim strategiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunacaq. İmtahan proqramına məntiq tapşırıqları daxil edilməyib.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş əlavə və dəyişikliyə əsasən, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan müəllimlər 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçməlidir. Bununla yanaşı, müəllimlərin işə qəbulu müsabiqəsi ilə ilk dəfə işə qəbul olunanların 5 il müddətində sertifikatlaşdırılması aparılmayacaq. Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsinə əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq. Sertifikatlaşdırma prosesində iştirak edəcək müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından sözügedən qaydalara dəyişiklik edilib.
-
Emin Əmrullayevdən Füzulidə Bilik Günü təbriki - Video
...
-
Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verildi - Fotolar
...
-
Bu gün Azərbaycanda Bilik Günüdür
...
-
Yeni rektorlar kimlərdir?
...
-
Nazir yeni tədris ili ilə bağlı əmr imzaladı
...
-
Bakıdakı təhsil işçilərinin sentyabr konfransı keçirilir
...
-
Boş qalan yerlərə ixtisas seçimi başlayır
...
-
Ağdam rayon 38 nömrəli tam orta məktəbin 22 məzunu tələbə adını qazanıb
...
-
Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələri açıqlanıb
...
-
12 müəllim Şuşa və Füzulidə işləyəcək
...