Seçicilərindən Ülvi Quliyevə böyük dəstək - Fotolar

11:09 22-01-2020 | icon 3483
Seçicilərindən Ülvi Quliyevə böyük dəstək - Fotolar

15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev şəxsi sosial şəbəkə hesabında seçkiqabağı təbliğat-təşviqat kampaniyası ilə bağlı paylaşım edib. O, seçicilərindən dəstək gördüyünü bildirib.

Namizədin seçiciləri könüllü kimi təbliğat-təşviqat prosesində iştirak ediblər. Onlar digər seçicilərə Ü.Quliyev haqqında bukletlər, kitablar paylayıb, onun haqqında ətraflı məlumat veriblər.  

Ü.Quliyev könüllü seçicilərinə təşəkkür edərək belə bir paylaşım edib:

“Seçicilərindən Ülvi Quliyevə böyük dəstək!

Seçicilərimizin bir çoxu könüllü kimi təbliğat-təşviqat kampaniyamıza qoşuldu. Vaxtından, əməyindən istifadə edib bizə qoşulan hər kəsə təşəkkür edirəm”.

 

 


Digər xəbərlər

0.30146384239197