Qanalı futbolçu rəsmən “Qarabağ”da

19:15 23-01-2020 | icon 3206
Qanalı futbolçu rəsmən “Qarabağ”da

“Qarabağ” yeni transferini açıqlayıb.  Ağdam təmsilçisi İspaniyanın “Leqanes” klubunun hücumçusu Kvabena Ovusunu transfer edib. Müqavilənin şərtləri açıqlanmayıb.

Ovusu yetirməsi olduğu Qananın “Akkra” klubundan “Leqanes”ə 2017-ci ildə keçib. Madrid klubu qanalı hücumçunu 4 dəfə icarəyə verib. 22 yaşlı futbolçu mövsümün ilk yarısını icarə əsasında “Kordoba”da keçirib və 16 oyunda 6 qol vurub.

 

Ovusu Qana yığmasına ötən ildən dəvət alır. O, millidə 3 oyun keçirib və 1 qol vurub.


Digər xəbərlər

0.23590493202209