Belaruslu məşqçi "Neftçi" ilə danışıqlar aparmasına münasibət bildirib
Litvanın "Zalqiris" komandasının baş məşqçisi Aleksey Baqa "Neftçi"nin ona təklif göndərməsinə münasibət bildirib.
"15min.lt" saytına geniş müsahibə verən 39 yaşlı mütəxəssis ona gələn təklifləri gizlətməyəcəyini vurğulayıb.
Belaruslu məşqçi "sizin adınız "Suduva" (Litva), "Yagelloniya" (Polşa) və "Neftçi" ilə əlaqədə olmağınız doğrudurmu" sualına belə cavab verib: "Gizlətməyəcəyəm. Klub rəhbərləri ilə söhbətlərim olub. Konkret hansısa klub haqqında danışmaq istəmirəm. Fərqli səbəblərə görə gedə bilmədim. Bəzi hallarda başqa bir namizəd seçildi, digərlərində isə ailəmin vəziyyəti böyük rol oynadı. Uzaq bir yerə getmək və ailəmi özümlə aparmaq istəmirdim".
Qeyd edək ki, "Neftçi" baş məşqçisi Roberto Bordinlə yollarını ayırıb. "Ağ-qaralar" mövsümün sonuna kimi köməkçi məşqçi Füzuli Məmmədova tapşırılıb. Aleksey Baqa daha öncə Belarusun BATE komandasına rəhbərlik edib.
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...