Namizəd seçicilərə ərzaq payladı, MSK hərəkətə keçdi - Video
Deputatlığa namizəd Tural Zeynalov barəsində MSK-nın "Qaynar Xətt"inə müraciət daxil olub.
99 saylı Şəmkir Seçki dairəsindən namizədliyini irəli sürən Tural Zeynalovun ənənəvi qaydalardan kənara çıxaraq seçicilərə ərzaq payladığı məlum olub. Belə ki, yayılan video görüntülərdə deputatın hazırlatdığı ərzaqlar nümayiş olunub. Təbliğat kompaniyası çərçivəsində vədlər vermək, platforması ilə seçiciləri tanış etmək, məlumat vermək təbii hallar sayılsa da, seçicilərin səslərini bu cür almaq qanunvericilikdə qadağan olunur.
Qeyd edək ki, MSK-dan da məsələyə reaksiya gecikməyib. MSK sədr müavini Rövzət Qasımov bu barədə məlumat yayıb. O qeyd edib ki, namizəd barəsində xoşagəlməz hallar barədə onlara məlumat daxil olub:
"Onun Seçki Məcəlləsinin tələbini pozması, seçicilərə ərzaq paylaması barədə "Qaynar Xətt"ə müraciət olunub.
Namizəd özü də internet səhifəsində bununla bağlı videomüraciət ünvanlayıb və bildirib ki, 71 aztəminatlı ailəyə ərzaq paylayacaq. Onun bu cür halları hələ də davam edir. Hələlik bu məsələni hüquqi müstəviyə qaldırmırıq. Hesab edirik ki, namizədlər bir- birinə ədalətli mövqe sərgiləməlidir. Öz platformalarıyla seçicilərin səsini qazanmalıdırlar".
MSK sədri Məzahir Pənahov bildirib ki, bu namizədlə bağlı məsələ araşdırılsın və ona xəbərdarlıq edilsin.
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...