Şagird həm Bakıda, həm ABŞ-da təhsil alır – Misilsiz saxtakarlıq
Bakı şəhəri 53 nömrəli məktəbdə ötən dərs ilində IX sinfi bitirmiş Nigar Bayramlı bu dərs ilində ABŞ-da təhsilini davam etdirir.
Bu barədə Oxu.Az-a daxil olan məlumatda qeyd edilib.
İddiaya görə, buna baxmayaraq, onun adı 53 nömrəli məktəbin X sinif şagirdi kimi saxlanılıb. Şagirdin adı I yarım ildə sinif jurnalında yazılaraq davamiyyəti qeyd edilib.
Məktəbin direktoru Firəngiz Həmidova bunun ciddi saxtakarlıq, hətta cinayət tərkibli olduğunu bilsə də, şagirdin “kağız üzərində təhsil almasına” şərait yaradıb.
Məlumatda qeyd edilib ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən faktla bağlı araşdırmalara başlanılıb. Bu araşdırma hələ başa çatmasa da, saxtakarlığın qarşısını alıblar.
F.Həmidova bu işdən “qurtulmaq” adı altında bütün müəllimlərdən adam başına 150-200 manat yığıb. Bir sözü iki olmayan direktorun bu yığım reydi halal əməkhaqqı ilə dolanan müəllimləri özündən çıxarıb və hadisə ictimailəşib.
Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.
Qurumdan saytın sorğusuna cavab olaraq bildirilib ki, şagirdin həm ABŞ-da, həm də Bakıda təhsil alması faktı aşkarlanıb:
“Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə aparılan araşdırma zamanı məktəbin ötən tədris ili məzunu (IX sinif), ABŞ-da təhsil aldığı bildirilən N.Bayramlının adının məktəbin sinif jurnalında qeyd olunması (X sinif şagird kontingentinə daxil edildiyi üçün) və qiymətləndirmə aparılması faktı aşkar edilib.
Ölkə hüdudlarından kənarda olan N.Bayramlının adının müvafiq qaydalara zidd olaraq məktəbin sinif jurnalında qeyd olunmasının və qiymətləndirilməsinin yolverilməz olduğu nəzərə alınaraq, fakt müvafiq qaydada rəsmiləşdirilib”.
“Fakt bütün təfərrüatına dair Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma davam edir.Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək”, - deyə qurumdan qeyd edilib.
-
Prezident bir qrup rektoru təltif edib
...
-
Şərəfli müəllim ömrü - Aidə İsmayılova
...
-
Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin şagirdi maksimum bal toplayıb
...
-
ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır!
...
-
ASAPES-də "Basics to spesifics" kitabının təqdimatı keçirilib
...
-
Kooperasiya Universitetinin bağlanacağı iddiası ilə bağlı - Açıqlama
...
-
Emin Əmrullayev onu müdir təyin etdi
...
-
Tələbələr hansı hallarda ali təhsil müəssisəsindən xaric ediləcəyi məlum olub
...
-
GDU-dakı qanunsuzluğa nə vaxt son qoyulacaq? - ŞİKAYƏT
...
-
Müəllimlərə şad xəbər - Yenilik
...