Daha güclü Azərbaycan naminə

10:37 24-01-2020 | icon 2509
Daha güclü Azərbaycan naminə

Müasir Azərbaycan ədəbiyyatının tanınmış və məhsuldar simalarından olan yazıçı-dramaturq, ictimai-siyasi xadim, Milli Məclisin deputatı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neftin, qazın nəqli və saxlanması” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Hüseynbala Mirələmov 1945-ci ildə iyunun 25-də Lerik rayonunun Nuravud kəndində dünyaya gəlib.

 

Azərbaycan Politexnik İnstitutunun sənaye və mülki tikinti fakültəsini əla qiymətlərlə bitirən Hüseynbala Mirələmov 1965-ci ildən "Azərbaycan pioneri" qəzeti redaksiyasının ədəbiyyat şöbəsində baş ədəbi işçi olub. 1971-ci ildən Azərbaycan Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikinti-quraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis işləyib, 1986-cı ildən "Azərqaztəmirtikinti" Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışıb. 1992-ci ildən biznes fəaliyyəti ilə məşğul olub. 1996-cı ildən "Bakqaz" İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən Azərbaycan Qaz Emalı Açıq Səhmdar Cəmiyyətinin sədri kimi fəaliyyət göstərib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Xətai rayon təşkilatının sədridir. 2005-ci il noyabrın 6-dan 33 saylı Xətai birinci seçki dairəsindən III çağırış deputat seçilib.

 

Milli Məclisin Aqrar siyasət və Mədəniyyət komitələrinin üzvüdür. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Yazıçı ədəbiyyata 7-ci sinifdə oxuyarkən, 1961-ci ildə “Bir tikə çörək” hekayəsi ilə gəlib. Yazıçının ilk hekayələr kitabı – «Tənha durna uçuşu» 1986-cı ildə işıq üzü görüb. Hüseynbala Mirələmovun “Molodaya qvardiya” nəşriyyatının «Görkəmli adamların həyatı» seriyasında Ulu Öndər Heydər Əliyev, görkəmli oftalmoloq alim Zərifə Əliyeva və Prezident İlham Əliyev haqqında qələmə aldığı kitablar 40-dan artıq xarici dilə tərcümə olunaraq nəşr edilib. Yazıçının “Missiya”, “Güllələnmiş heykəllər”, “Durnalar qayıtdı”, “Son arzu”, “Tənha durna uçuşu”, “Simuzər”, “Babagil əfsanəsi”, “Gəlinlik paltarı”, “Bir gecənin sehri”, “Qırxıncı otaq”, “Cəza”, “Həyat eşqi”, “Gecə bənövşələri”, “Yanan qar”, “Qayada çiçək”, “Od və büt”, “Sonuncu fateh”, “Vəsiyyət”, “Yaddaş ağrısı”, “Qumru yumurtaları”, “Xəcalət”, “Vicdanın hökmü”, “Gəncə qapıları”, “Ədəbiyyat imperiyasının sultanı”, “Pənah xan Cavanşir”, “Ləyaqət”, “İki şah, iki sultan”, “Son səfər” və digər əsərləri təkcə ölkəmizdə deyil, respublikanın sərhədlərindən kənarda da böyük oxucu marağına səbəb olub. Yazıçının əsərləri və ssenariləri əsasında “Güllələnmiş heykəllər”, “Dəmir ağaci kimi”, “Son arzu”, “Durnalar qayıtdı”, “Simuzər”, “Yeni həyat”, “Yaddaş”, “Tənha durna uçuşu”, “Gəncə qapıları”, “Xəcalət”, “Vicdanın hökmü”, “Vəsiyyət” adlı televiziya filmləri və tamaşalar səhnələşdirilib.

 

Alimin müəllifi və həmmüəllifi olduğu “Nanotexnologiya və nanokimyanın əsasları”, “Neftin və qazın boru kəmərləri ilə nəqli”, “İnşaat istilik fizikası”, “Qaz emalı zavodlarında təhlükəsizlik qaydaları”, “Boru kəmərləri və konstruksiyaların qaynağı” və digər elmi nəşrlər da hazırda ali məktəblərdə dərs vəsaiti kimi istifadə və istinad olunan kitablardandır. Hüseynbala Mirələmov Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvü, Rusiya Mədən Akademiyasının, Azərbaycan, Qırğızıstan, Asiya və Afrika Ölkələri Yazıçılar birliklərinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Hüseynbala Mirələmov 1980-cı ildə «Qırmızı Əmək Bayrağı» ordeninə layiq görülüb, 1999-2007-ci illərdə MDB üzrə “ən yaxşı 100 direktor” müsabiqəsinin 8 dəfə qalibi olub. O, “Əməkdə fərqlənməyə görə” Fransa Sənayeçilər Assosiasiyasının "Napaleon" Qızıl medalının laureatıdır. Professor 2010-cu ildə Azərbaycan Respublikasının "Əməkdar Mühəndisi" fəxri adına layiq görülüb. Hüseynbala Mirələmov "Qızıl Kəlmə", "Qızıl Qələm", "Qızıl Dərviş", “Qızıl Buta”, "Yaddaş", "Uğur Zirvəsi", "İlin Yazıçısı" (2012-ci il), "A.H.Kosıgin", "Yuriy Dolqorukiy" adına, "Akademik Həsən Əliyev" adına, “Abdulla Şaiq”, "Rəsul Rza" adına, "Akademik Yusif Məmmədəliyev" adına mükafatların laureatıdır. 2015-ci ildə "Şöhrət" ordeni ilə təltif edilən yazıçı həmçinin 2016-cı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının qərarı ilə “Beynəlxalq Qızıl Ulduz və Türk dünyasına xidmət medalı”na layiq görülüb. 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi (1918-1920)" yubiley medalı ilə təltif edilib.


Digər xəbərlər

0.23986005783081