Yelena Sidorenko namizədliyini geri götürdü
73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Yelena Eyvazlı (Sidorenko) namizədliyini geri götürüb.
Bu barədə Yelena özü sosial şəbəkədə yazıb:
“Əziz dostlar və məni dəstəkləyənlər! Təəssüf hissi ilə bildirmək istəyirəm ki, öz namizədliyimi geri çəkmək məcburiyyətində oldum.
Kimsə məni qınayacaq, kimsə isə anlayacaq. Bildirim ki, bu seçki prosesinə mən və komandam xüsusi ilə hazırlaşdıq. Müasir seçki kampaniyasını nümayış etdirməyə çalışdıq. Rəy və fikirlərə görə, bu bizdə alındı.
Lakin ailəmlə məsləhətləşdik və müəyyən problemləri göz önünə alaraq seçki kampaniyamızı dayandırmağa qərar verdik.
Bu günlərdə Lənkəran mənim üçün əsl evə, lənkəranlılar isə ailəmə çevriliblər. Sevinirəm ki, artıq Lənkəranda bir evə deyil, yüzlərlə evə elə öz evim kimi rahat gedə bilərəm. Mən öz gələcək fəaliyyətimdə Lənkəran üçün faydalı olmağa çalışacam. Amma gözlədiyiniz kimi, Sizin millət vəkili kimi deyil.
Arzu edirəm ki, ölkədə aparılan islahatlar icraçılar tərəfindən vicdanla icra ediləcək və Vətənim, Azərbaycanımız inkişaf edəcək”.
Qeyd edək ki, Yelena Sidorenkonun adı Mərkəzi Seçki Komissiyasının namizədlər siyahısından çıxarılıb.
-
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
...
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...