Deputatlığa namizəd övladı üçün möhtəşəm toy etdi: - Toyda Nihat Doğan, Ebru Yaşar, Doğuş və bir neçə azərbaycanlı sənətçi səhnə alıblar

19:24 26-01-2020 | icon 6609
Deputatlığa namizəd övladı üçün möhtəşəm toy etdi: - Toyda Nihat Doğan, Ebru Yaşar, Doğuş və bir neçə azərbaycanlı sənətçi səhnə alıblar

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda keçirilən dəbdəbəli toyların birində Türkiyə şou-biznesinin məşhur simaları - Nihat Doğan, Ebru Yaşar, Doğuş və bir neçə azərbaycanlı sənətçi səhnə alıblar. 

Toyun sahibi mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalov olub. Belə ki, R.Camalovun qızı Züleyxa Elşən adlı bəylə ailə həyatı qurub. Toyun aparıcılığı Nəsib Nura, idarə olunması isə müğənni Zamiq Hüseynova həvalə olunub. Şadlıqda Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, müğənni Namiq Qaraçuxurlu ilə yanaşı, Əməkdar artist Xumar Qədimova da iştirak edib.(qafqazinfo)


Digər xəbərlər

0.2192370891571