Deputatlığa namizəd Cavanşir Paşazadə Masallı rayonunda seçicilərlə görüşüb

11:29 27-01-2020 | icon 4967
Deputatlığa namizəd Cavanşir Paşazadə Masallı rayonunda seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyasının (YAP) 75 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizədi Cavanşir Paşazadə parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Yanvarın 24-də deputatlığa namizəd Cavanşir Paşazadə növbəti görüşünü Masallı seçiciləri ilə keçirib. Görüş zamanı deputatlığa namizəd qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərtərəfli şəkildə inkişaf edir. O cümlədən respublikamızın bölgələrinin də inkişaf dinamikası çox yüksəkdir: “Bilirsiniz ki, indiyə qədər regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət proqramı qəbul olunub. Onların üçünün icrası yekunlaşıb və bu proqramlar nəticəsində bölgələrdə böyük işlər görülüb. Hazırda dördüncü proqramın icrası uğurla davam edir. Bu proqramlar çərçivəsində Masallıda da böyük quruculuq işləri həyata keçirilib”.
C.Paşazadə hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hərtərəfli islahatların həyata keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, siyasi, sosial-iqtisadi, mədəni-humanitar nailiyyətlərimizin hər biri məhz ardıcıl və sistemli islahatların nəticəsində mümkün olub: “Artıq dövlət hakimiyyətinin bütün qollarını əhatə edən islahatların qanunverici hakimiyyəti də əhatə etməsi ölkədə baş verən köklü yeniliklərdən irəli gələn sosial və siyasi sifarişdir. Bu baxımdan, dərinləşən islahatlara paralel olaraq siyasi islahatların davam etdirilməsi, indiki halda qanunverici orqanın yenilənməsi mühüm əhəmiyyət kəsb edir”.
Deputatlığa namizəd seçiciləri parlament seçkilərində daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Öz növbəsində seçicilər fevralın 9-da Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.


Digər xəbərlər

0.28943109512329