Xoşbəxt Yusifzadə BANM-də mükafatlandırıldı - Fotolar
Bakı Ali Neft Məktəbində Azərbaycanın neft-qaz sənayesinin canlı əfsanəsi, bu sahənin inkişafına böyük töhfələr vermiş SOCAR-ın Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi geniş qeyd olunub.
Ali Məktəbin Konqres zalında təntənəli yubiley tədbiri keçirilib. Tədbirdə SOCAR-ın və BANM-in rəhbərliyi, nüfuzlu elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində Xoşbəxt Yusifzadənin əməyi, zəngin təcrübəsi bütün neftçilər üçün nümunədir. Rektor onun böyük xidmətlərinə ən ali səviyyədə qiymət verildiyini, Prezident İlham Əliyevin Sərəncamı ilə Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin dövlət səviyyəsində təntənəli qeyd olunduğunu və onun Heydər Əliyev ordeninə layiq görüldüyünü diqqətə çatdırıb.
Xoşbəxt Yusifzadənin bu gün də yorulmadan çalışdığını elm və istehsalat sahəsində öz səmərəli fəaliyyətini uğurla davam etdirdiyini qeyd edən rektor Elmar Qasımov daha sonra Bakı Ali Neft Məktəbinin Elmi Şurasının qərarı ilə Xoşbəxt Yusifzadəyə “Bakı Ali Neft Məktəbinin Fəxri professoru” diplomunu təqdim edib.
X.Yusifzadə “Azərbaycanda neft-qaz sənayesinin inkişafına, elm və təhsilin tərəqqisinə verdiyi töhfələrə görə” Fəxri professor diplomuna layiq görülüb.
Daha sonra SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, AMEA-nın Birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, Təhsil Nazirinin müavini İdris İsayev, Xarici İşlər Nazirinin müavini Xələf Xələfov, Milli Məclisin sədr müavini, millət vəkili Valeh Ələsgərov, Energetika Nazirinin müavini Elnur Soltanov, BP şirkətinin Geoloji-kəşfiyyat işləri üzrə vitse-prezidenti Qreq Rayli, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Texniki Universitetin rektoru Vilayət Vəliyev də təbrik nitqi ilə çıxış ediblər.
Çıxışlardan sonra akademik Xoşbəxt Yusifzadənin fəaliyyəti haqqında film nümayiş olunub. Sonda səbəbkar çıxış edərək tədbirin təşkilatçılarına, iştirakçılara və çıxışçılara təşəkkürünü bildirib.
Rektor Elmar Qasımov Xoşbəxt Yusifzadəyə onun tanınmış rəssam Tahir Əfəndiyev tərəfindən kətan üzərində yağlı boya ilə çəkilmiş portretini hədiyyə edib.
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...