Azərbaycanın “Eurovision-2020”dəki yeri açıqlandı
Azərbaycan Niderlandda keçiriləcək “Eurovision – 2020” mahnı müsabiqəsində birinci yarımfinalda çıxış edəcək.
Bu, yanvarın 28-də Rotterdam meriyasında baş tutan püşkatma mərasimi zamanı məlum olub. Müsabiqənin yarımfinalları 12 və 14 may tarixlərində, finalı isə 16 may tarixində keçiriləcək.
Yarışmada 41 ölkə təmsilçisi çıxış edəcək. 35 ölkədən olan artistlər yarımfinallarda finala keçmək uğrunda mübarizə aparacaqlar. Finala avtomatik olaraq “Böyük beşlik” ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ötən ilki qalibi, “Eurovison – 2020”yə ev sahibliyi edəcək Niderland keçəcək.
Beləliklə, birinci yarımfinalda (12 may) 17 ölkədən olan artistlər səhnə alacaq: Şimali Makedoniya, Belarus, Litva, İsveç, Sloveniya, Avstraliya, İrlandiya, Rusiya, Norveç, Kipr, Xorvatiya, Azərbaycan, Malta, İsrail, Ukrayna, Rumıniya, Belçika.
İkinci yarımfinalda (14 may) 18 ölkədən olan artistlər çıxış edəcək: Avstriya, Moldova, Polşa, San-Marino, Serbiya, İslandiya, Çexiya, Yunanıstan, Estoniya, Danimarka, Bolqarıstan, İsveçrə, Finlandiya, Ermənistan, Latviya, Gürcüstan, Portuqaliya, Albaniya.
Hər yarımfinalda tamaşaçı və münsiflərin səsverməsi nəticəsində 10 ölkə mayın 16-da keçiriləcək finala vəsiqə qazanacaq. Finalda ümumilikdə 26 ölkə təmsil olunacaq.
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar
...
-
TV rəhbərləri PA-ya çağırıldı - Bu verilişlərə görə
...
-
“Avroviziya-2024”də Azərbaycanı o təmsil edəcək
...
-
"Səma ilə görüş” filminin qala gecəsi keçirilib
...
-
Kino ittifaqları birləşdi - Rasim Balayev sədr oldu
...