28 tələbə
Azercell 2020-ci il üzrə Tələbə Təqaüdü Proqramının nəticələrini elan edib
Azercell Tələbə Təqaüd Proqramı üzrə qalib gələn tələbələrin təntənəli mükafatlandırma mərasimini keçirib. “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev, Azercell-in İnsan Kapitalının İdarə edilməsi departamentinin direktoru Ziba Mustafayeva və SABAH İcra Komitəsinin tələbələrlə iş üzrə meneceri Mehriban Nəzərova qalibləri təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzu ediblər. “Yarandığı gündən etibarən Azercell tələbələrin fərdi və peşəkar inkişafına böyük töhfə verməklə yanaşı, bu istiqamətdə yeni imkanların yaradılması üzərində çalışır. Biz, istedadlı gənclərin elmi fəaliyyətinin təşviqinə yönəlmiş bir sıra layihələrin təşəbbüskarı olmaqdan qürur duyuruq. Artıq 12 ildir ki, Azercell hər il ənənəvi olaraq tələbələr üçün Təcrübə və Təqaüd proqramları həyata keçirir və şirkətimiz bu günə qədər 230-dan çox tələbəyə təqaüd ayırıb ”,- deyə Vahid Mürsəliyev tədbirdə çıxışı zamanı qeyd etdi.
Qeyd edək ki, bu il 28 tələbə Azercell təqaüdçüsü adına layiq görülüb. Təqaüdçülərin 9-u Bakı, 10-u bölgə təhsil müəssisələrinin tələbələridir. Digər 9 tələbə isə 2017-ci ildə Təhsil Nazirliyinin SABAH qrupları və “Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində SABAH tələbələri sırasından seçilib. Qaliblər ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, rəqəmsal dünyanın ən son trendləri ilə yaxından tanış olmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə ediblər.
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...
-
“Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
...
-
Yelo Bank” 5 nominasiyada qalib oldu!
...
-
“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafat alıb
...
-
“Yelo Bank” ilə xəyallarını bu bahar gerçəkləşdir!
...
-
Qaz kartının balansını Yelo App vasitəsilə artır
...
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...