“Qarabağ” – “Neftçi” oyununun vaxtı dəyişdi - Seçkiyə görə

18:56 30-01-2020 | icon 3521
“Qarabağ” – “Neftçi” oyununun vaxtı dəyişdi - Seçkiyə görə

Azərbaycan Premyer Liqasında XVI turun oyunlarının vaxtı dəyişdirilib. Matçlar əvvəldən nəzərdə tutulduğu kimi 8, 9 fevral tarixlərində baş tutmayacaq.

Buna səbəb fevralın 9-da ölkədə parlament seçkilərinin keçirilməsidi. Bizdə olan məlumata görə, seçkiləri nəzərə alan PFL oyunları 1 gün əvvələ çəkməyi məqsədəuyğun hesab edib. Beləliklə, XVI tur oyunları 7-8 fevral tarixlərində baş tutacaq.

 

Əvvəlcədən ayın 8-ə salınan "Keşlə" - "Səbail" və "Sabah" - "Qəbələ" matçları 7 fevralda, ayın 9-da keçirilməli olan "Sumqayıt" - "Zirə" və "Qarabağ" - "Neftçi" görüşlərinin isə 8 fevralda baş tutması planlaşdırılır.


Digər xəbərlər

0.28542995452881