Lökbatanda hesabat yığıncağı keçirilib - Foto

12:03 01-02-2020 | icon 3651
Lökbatanda hesabat yığıncağı keçirilib - Foto

Lökbatan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon İcra hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər. 

 

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəsi İlham Yusifov hesabat verərək qeyd edib ki, 2019-cu il Lökbatan qəsəbəsi üçün uğurlu bir olub. Belə ki, Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanıb. Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına da qəsəbədə xeyli işlər görülüb: “Təbii ki, görülmüş işlər göz qabağındadır və bütün bunlar qəsəbə sakinlərini ürəkdən sevindirir. Ötən il ərzində qəsəbə ərazisində əhalinin elektrik, su və qaz təchizatında heç bir problem olmayıb. Qəsəbə sakinlərini narahat edən problemlər də Lökbatan qəsəbə nümayəndəliyində araşdırılıb, məsələnin həli üçün lazımi tədbirlər görülüb”. 

Süleyman Mikayılov qəsəbə sakinlərindən 8 nəfəri fərdi qaydada dinləyib. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Hesabat yığıncağında qəsəbə sakinləri nümayəndəliyin 2019-cu ildə gördüyü işlərə qənaətbəxş qiyməti verilib.

 




 

Digər xəbərlər

0.28107190132141