Bir günə 22 cinayətin üstü açılıb

12:07 01-02-2020 | icon 3266
Bir günə 22 cinayətin üstü açılıb

Dünən gün ərzində cinayət-axtarış xidmətləri tərəfindən 22 cinayətin üstü açılmaqla, şübhəli şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb olunub. 

Cinayət axtarış xidmətləri ilə yanaşı, Binəqədi RPİ Post Patrul Xidməti əməkdaşları borclu kimi axtarışda olanlar – 1988 təvəllüdlü, Ü.Fərəcov və E.Səmədovu müəyyən ediblər. Sabunçu RPİ Post Patrul Xidməti əməkdaşları 1989-cu il təvəllüdlü B.Kərimovdan 246 qram metamfetamin, əvvəllər CM-nin 306-cı maddəsi ilə məhkum olunan 1991 təvəllüdlü T.Vəliyevdən 2,512 qram heroin, 165 qram metamfetamin və evinin yaxınlığında yerləşən yarımtikilidən 1 kq 700 qram heroin aşkarlayıblar, Yasamal RPİ Xidməti əməkdaşları CM-nin 177-ci maddəsi ilə axtarışda olan 1991-ci il təvəllüdlü X.İsmixanovu saxlayıblar. Saxlanılan şəxlər ərazi üzrə şöbə və bölmələrə təhvil verilir. Araşdırmalar davam etdirilir. 

 

Qeyd edək ki, son aylar əməliyyat-axtarış xidmətləri ilə yanaşı, cinayətkarların tapılmasında ərazi polis orqanlarının Post Patrul Xidməti əməkdaşlarının fəallığı artmaqdadır.

 

 

Digər xəbərlər

0.25575995445251