“Zirə” “Sabah”a, “Neftçi” “Sumqayıt”a qarşı

12:19 01-02-2020 | icon 2694
“Zirə” “Sabah”a, “Neftçi” “Sumqayıt”a qarşı

Bu gün futbol üzrə Azrbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq və 15-ci tura start veriləcək. Üçüncü dövrənin ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.


Turun açılış matçında “Zirə” “Sabah”ı qəbul edəcək. 


Günün digər qarşılaşmasında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Neftçi” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək.


Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Qəbələ” “Keşlə”ni qəbul edəcəksə, lider “Qarabağ” səfərdə “Səbail”in qonağı olacaq.


Azərbaycan Premyer Liqası
15-ci tur

1 fevral


Zirə – Sabah
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəşad Əhmədov.
Zirə İdman Kompleksinin stadionu, 15:00.


Neftçi – Sumqayıt
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Namiq Bəkirov.
8-ci km stadionu, 17:30.


Digər xəbərlər

0.25785207748413