Mehriban Əliyeva gəncləri təbrik etdi

13:10 02-02-2020 | icon 2880
Mehriban Əliyeva gəncləri təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə rəsmi İnstaqram səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

"Əziz gənclər, Sizin hər birinizi Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Siz – ölkəmizin gələcəyisiniz. Mən əminəm ki, siz öz zəkanız, biliyiniz, bacarığınızla, qələbə və nailiyyətlərinizlə xalqımızı daim sevindirəcək və Azərbaycanın inkişafına layiqli töhfənizi verəcəksiniz. Bütün gənclərimizə möhkəm cansağlığı, tükənməz ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə, xoşbəxtlik və firavanlıq arzulayıram!"

 

 

Digər xəbərlər

0.26030397415161