Bakıya yenidən tramvaylar qayıdır - Bu prospektdə avtobusları əvəz edəcəklər
Bakıda tramvay xəttinin çəkilməsi ilə bağlı müzakirələr aparılır.
Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, hazırda Bakı Nəqliyyat Agentliyi xarici şirkətlə bu barədə araşdırma aparır: "Hazırda beynəlxalq təşkilatlarla bu istiqamətdə işləyirik. Artıq Lökbatan qəsəbəsi ilə Hövsan qəsəbəsini Neftçilər prospekti üzərindən tramvay xətti ilə birləşdirmək müzakirə mövzusudur. Çünki burda, həmçinin Ağ şəhərdən tramvay keçməsi mümkündür. Dənizkənarı Milli Parkın birinci sırası sakinlərin əsasən az istifadə etdiyi yerdir, sakinlər əsasən dəniz kənarında gəzməyə üstünlük verir, buna görə də həmin ərazidən xəttin çəkilməsi mümkündür. Əgər həmin təşkilatlar bizə müsbət cavab versə, biz ümumiyyətlə Neftçilər prospektində ictimai nəqliyyatı yığışdıracağıq".
V.Kərimli bildirib ki, xəttin çəkilməsi zamanı bir sıra şərtlər nəzərə alınmalıdır: "Bu prosesdə bəzi meyarlar var ki. biz onları da müqayisə etməliyik. Avropada tramvaylar bu gün əsasən köhnə şəhər mərkəzlərində qalıb. Həmin mərkəzlərdə tikinti əmsalı və yaşayış 3,4 və 5 mərtəbəli köhnə evlərdir. Bu da normal olaraq oranın kütləsini qaldıra bilir".
-
Rusiya Azərbaycan münasibətləri dinamik inkişaf edir
...
-
Regional təhlükəsizliyin təminatı əsas şərtdir
...
-
Münasibətlərimiz sülhə və əminamanlığa xidmət edir
...
-
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
...
-
Onlar da Füzuliyə yola düşdülər - Fotolar
...
-
Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir
...
-
Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib
...
-
Sabah 30° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”
...
-
Şənbə günü 30° isti olacaq
...