Mükafat fondu 2 milyon ABŞ dolları olan LafargeHolcim müsabiqəsinə qatılmaq üçün az vaxt qaldı

14:14 05-02-2020 | icon 2721
Mükafat fondu 2 milyon ABŞ dolları olan LafargeHolcim müsabiqəsinə qatılmaq üçün az vaxt qaldı

1990-cı ildə Brinda Somayanın qadın memarlarla bağlı ilk olaraq konfrans təşkil etmək cəhdinə heç kəs
cavab vermədi. Lakin 10 il sonra “Memarlıqda qadınlar 2000 plus” konfransına göstərilən maraq artmış
və 20 il sonra dünyanın hər yerindən 600 nümayəndə və 30-dan çox natiq qadınlar tərəfindən aparılan
dizayn məşqələlərinin müxtəlifliyi və zənginliyini qeyd etmək üçün Hindistanın Mumbai şəhərində
toplaşmışlar. “Cənubi Asiyadan olan bəzi qadın memarlar öz ofislərini texnika ilə təchiz edərək onları
daha yaradıcı ofislərə cevirmişlər”- deyə Brinda Somaya şərh vermişdir. ”Bir çox şeylər dəyişilmişdir və
hələ yenə də çoxlu dəyişikliklər baş verəcəkdir” deyə , o, panel müzkirəsinin açılışında qeyd etmişdir.
Hindistanda qeydə alınmış təxminən 100000 nəfər memarın 40 faizi qadınlardır. Bu faiz dünyanın digər
əksər ölkələrindən yüksəkdir. Baxmayaraq ki, bu qadınların əksəriyyətinin öz ofislərini idarə etmək kimi
arzuları vardır, praktiki məsələlər bu işi çətinləşdirirdi. “Hindistanda hər bir uşaq üçün iki illik investisiya
qoyuluşu bizim həyatımızın qalan hissəsinə böyük təsir göstərir”, deyə Şimul Caveri Kadri -hindistanlı
memar qadınlar qarşısında çıxışında bildirmişdir. “Biz öz həyat yoldaşlarımızı insafa gətirməliyik və onları
gündəlik həyatda uşaqların qayğısına qalmaqda iştirak etməyə cəlb etməliyik deyə, o tələb edirdi. Abha
Narayin Lambahın isə əlavə edərək bildirirdi ki,“Biz ümumi əhalinin 50%-ni təşkil edirik, ona görə də qadın
memar olmağımızdan çəkinməməliyik.
Qadınların inşaatda və lahiyələrin imtiyaz sahibi kimi rolunun gücləndirilməsi.
Bütün memarların layihələrində dizayn və konstruksiya işlərinin sürətlə yerinə yetirilməsi aktual olaraq
qalmaqdadır. Hirante Valendave (Şri-lanka) bildirmişdir ki, ”Biz necə inşa edəcəyimizi və buna necə tez
nail olacağımızı bilirik . “Adətən bu məsələləri təkmilləşdirməyə can atanlar fərdi qaydada tərtib edilmiş
gündəliklərə malik olurlar”. Panel müzkirələr zamanı konstruksiyaya daxil olan bütün iqtisadi və ətraf
mühitlə bağlı məslələr daha yüksək keyfiyyətli və sosial cəhətdən daha yaxşı balanslaşdırılmış vasitələr
hesabına həyata keçirilməlməsi haqqında razılıq əldə edilmişdir.
Bunun əksinə olaraq LafargeHolcim Fondu “Dizaynda qadın 2020plus” konfransını və dunyanın hər
yerində memarlıqda və dizaynla bağlı sahələrdə uğur qazanmış qadınların öz hekayələrini bu şəbəkədə
paylaşmalarının mümkünlüyünü dəstəkləmişdir.
LafargeHolcim Mükafatı təkcə Hindisatandan olan memarlı deyil elecə də Azərbaycandan olan memarlıq,
mühəndislik, şəhərsalma, materialşünaslıq, tikinti texnologiyası və müvafiq sahələrlə bağlı layihə və
konsepsiyalara dəstək verməyə hazırdır. Bunun üçün memarlar, layihəçilər, mühəndislər, layihə sahibləri,
inşaatçılar, o cümlədən müasir tikinti və konstruksiya sahəsində dayanıqlılıq nümayiş etdirən tikinti
şirkətləri bu müsabiqəyə qatılmağa dəvət olunur.
LafargeHolcim müsabiqəsi dayanıqlı inşaat haqqında mövcud olan adi fikirlər çərçivəsindən kənara

çıxmaq qabiliyyətini, həmçinin ekoloji, sosial və iqtisadi göstəricilərin tarazlaşdırılmasını nümayiş etdirən
layihələrin axtarışına istiqamətlənərək peşəkarlar və bu sahədə yeni addımatan şəxsləri əhatə edərək iki
kateqoriyaya bölünür.
Dayanıqlı inşaat üzrə 6-cı beynəlxalq LafargeHolcim Mükafatları müsabiqəsinin qeydiyyatının bitməsinə
20 gün qalır. Bütün memarlar, mühəndislər, planlaşdırıcılar və layihələndirmə ilə məşğul olan peşəkarlar
və tələbələr bu müsabiqəyə qoşulmağa dəvət olunur..

Özünüzə inanın və bu önəmli müsabiqədə iştirak etmək şansını qaçırmayın!

Faydalı linklər
▪ Mükafatlar müsabiqəsi barədə ümumi məlumat: www.lafargeholcim-awards.org/intro
▪ Mükafatlar müsabiqəsi ilə bağlı video-təqdimat: www.lafargeholcim-awards.org/video
▪ Mükafatlar müsabiqəsinə qeydiyyatla bağlı təlimatlar: www.lafargeholcim-awards.org/guide
▪ Qeydiyyat forması: www.lafargeholcim-awards.org/enter
▪ Münsiflər heyətinin üzvləri: www.lafargeholcim-awards.org/juries
▪ Dayanıqlı inşaatla bağlı “hədəf məsələləri”: www.lafargeholcim-awards.org/target
▪ Əvvəlki qaliblər (250-dən çox layihə): www.lafargeholcim-awards.org/projects


Digər xəbərlər

0.20811486244202