Rəşad Camalovun namizədliyi ləğv edildi
46 saylı Dairə Seçki Komissiyasının sədri Mərkəzi Seçki Komissiyasına həmin dairədən qeydə alınmış namizəd Rəşad Camalov barədə yazılı müraciət edib. DSK müraciətində qeyd edib ki, Rəşad Camalovun ikili vətəndaşlığı olması barədə onlara məlumat daxil olub.
Bildirilib ki, Rəşad Camalov namizədliyini dekabrın 21- də təqdim edib. O, sənədlərində ikili vətəndaşlığının və başqa dövlət qarşısında öhdəliklərinin olmadığını bəyan edib və namizədliyi 30 dekabr 2019- cu ildə qeydə alınıb.
MSK tərəfindən araşdırmalar aparılıb.
Məlum olub ki, Rəşad Yavər oğlu Camalov, həm də Rusiya vətəndaşıdır. Rusiya Federal Vergi Xidmətindən verilən məlumatda Camalov Rusiyada vergi ödəyicisi kimi qeydə alınıb.
Beləliklə, Mərkəzi Seçki Komissiyası Dairə Seçki Komissiyasının qərarını ləğv edib və dairə tərəfindən ona verilən namizədlik vəsiqəsi etibarsız hesab edilib.
MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, belə bir hal ən son gün belə aşkar olunsa, deputatlığa namizədlik ləğv olunacaq. Çünki deputat olmaq istəyən şəxs Azərbaycan Konstitusiyasına hörmət etməlidir.
Xatırladaq ki, Rəşad Camalov mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...