8 saatlıq iş rejimi ilə bağlı yoxlamalar başlayır

18:34 06-02-2020 | icon 3756
8 saatlıq iş rejimi ilə bağlı yoxlamalar başlayır

8 saatlıq iş rejimi ilə əlaqədar iş yerlərində səyyar yoxlamalar aparılacaq. 

Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib.

 

Bildirib ki, Əmək Məcəlləsinin tələbinə görə gündəlik iş norması 8 saatdır və bu iş rejiminə əməl edilmədiyi təqdirdə əlavə müavinət ödənilməlidir: “İşəgötürənlərə xəbərdarlıqlar ediləcək, işə qəbul olan şəxslər hüquqları ilə bağlı məlumatlandırılacaq. İş yerlərində səyyar yoxlamalar olacaq. Hazırda təkliflər paketi hazırlanır. İlk mərhələdə xəbərdarlıq olunacaq, daha sonra isə müvafiq cərimə metodları tətbiq olunacaq. Şikayətlərin dinamikasına uyğun olaraq müəssisələrə baxılacaq”.


Digər xəbərlər

0.25816607475281