Ən çox şikayət olunan 3 marşrut xətti “BakuBus”a verildi
Ötən ilin dekabrında 11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrutlar xətləri üzrə elan olunan müsabiqə yekunlaşıb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, nəticələrə əsasən 11, 30 və 40 nömrəli müntəzəm marşrut xətləri üzrə “BakuBus” MMC qalib elan olunub. Qeyd edilən marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyətinin “BakuBus” MMC tərəfindən həyata keçirilməsi mərhələli şəkildə təmin olunacaq. Bununla bağlı əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.
“Həmçinin, bildiririk ki, sərnişindaşımada nəqliyyat xidmətləri üzrə keyfiyyət və təhlükəsizliyin artırılması məqsədilə 12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb. Daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək”, - deyə qeyd olunub.
-
Xankəndidə ilk körpə doğuldu - Fotolar
...
-
Sabah Bakıda 29° isti olacaq
...
-
Tarixi dostluq və əməkdaşlıq
...
-
Məqsədyönlü təməl əsasında
...
-
Perspektiv əməkdaşlıq istiqaməti
...
-
Rusiya Azərbaycan münasibətləri dinamik inkişaf edir
...
-
Regional təhlükəsizliyin təminatı əsas şərtdir
...
-
Münasibətlərimiz sülhə və əminamanlığa xidmət edir
...
-
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
...
-
Onlar da Füzuliyə yola düşdülər - Fotolar
...