Biznesmenlər İmişliyə “ezam” olundular - Xanhüseyn Kazımlının qızına görə...
80 saylı İmişli-Beyləqan seçki dairəsində seçki qanunvericiliyi ciddi şəkildə pozulur.
Sözügedən dairədə namizəd olan V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlının qızı Əsli Kazımova qanunvericiliyə zidd olaraq seçicilər üçün avtobuslar və minik avtomobilləri təşkil edərək onları məntəqələrə gətizdirir.
Bu işi isə Əsli Kazımovanın Bakıdakı biznesmen və bankir qardaşları tərəfindən həyata keçirilir.
Belə ki, Əsli Kazımovanın qardaşları - biznesmen Samir Kazımlı və "Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu"nun İdarə Heyətinin sədri Fəxri Kazımov Bakı nömrəli avtomobil və avtobusları rayonda seçiciləri daşımaq üçün səfərbər ediblər.
Qardaşların biznesmen və bankir dostları da ona yardımçı olmaq üçün İmişliyə “ezam” olunublar. Qeyd edək ki, sözügedən dairədən Milli Məclisin deputatı Çingiz Qənizadə də namizədliyin irəli sürüb.(Unikal)
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...