Bakıda avtobuslarda yenilik - Fotolar

16:47 09-02-2020 | icon 4658
Bakıda avtobuslarda yenilik - Fotolar

Bakıda ictimai nəqliyyatda yenilik tətbiq edilib. 

Mərkəzi Dispetçer Xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürülməyə başlanıb. 

Sürücülər onlara Mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı “sürücü ekranı” cihazları vasitəsilə əldə edirlər. 

İlk belə məlumatlandırma bu gün həyata keçirilib. Hava şəraiti ilə bağlı sürücülərə yol hərəkətinin təhlükəsizliyi baxımından vacib olan təlimat xarakterli mesajlar göndərilib.

 




Digər xəbərlər

0.30416989326477