Cahangir Hacıyevin cəzası azaldıldı

18:51 11-02-2020 | icon 2961
Cahangir Hacıyevin cəzası azaldıldı

Dünən Bakı Apelyasiya Məhkəməsində Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev, sabiq millət vəkili Dünyamin Xəlilov və digərlərinin apelyasiya şikayətinə baxılıb.

Hakim Həsən Əhmədov C.Hacıyevin cəzasını 3 ay azaldıb. Qərara əsasən, C.Hacıyev üzərində 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Buna səbəb də qanunvericiliyə edilən dəyişikliklərdir.

Belə ki, dəyişikliklərə əsasən Cinayət Məcəlləsinin 179-cu maddəsinin sanksiyasının yuxarı həddə olan cəzası aşağı salınıb. 

 

C.Hacıyevlə birgə təqsirləndirilən şəxslər barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.


Digər xəbərlər

0.22557592391968