Moskvada “Jara”nın “pre-party”si oldu - Fotolar
Moskva restoranlarının birində martın 14-də Soçidə keçiriləcək “Jara” festivalı münasibətilə “pre-party” təşkil olunub.
Tədbirdə Azərbaycanın Xalq artisti Emin Ağalarov (EMIN), Nüşa, “Fabrika” qrupu, Mitya Fomin, Brendon Stoun, Ternovoy, Konstantin Tarasük, Yuliya Baranovskaya, Natan, “M-Band”, Vadim Vernik, “Cosmos Girls” və digərləri iştirak edib.
Qeyd edək ki, Soçidə “Krasnaya Polyana” kurortunda tamaşaçıları Qriqori Leps, Sergey Lazarev, EMIN, Yeqor Krid və digərlərinin iştirakı ilə möhtəşəm şou gözləyir. Festivalın aparıcıları Yuliya Baranovskaya və Konstantin Tarasükdür. Kurortun yeni yüksək texnoloji imkanlara sahib “WOW Arena”sı festivalın 3000-dən çox azarkeşini qarşılayacaq.
“Jara” festivalı ildən-ilə sürətlənir və yeni ölkə və şəhərləri fəth edir. Bu il “Jara” martın 14-də Soçidə, mayın 7-də Monakoda, mayın 31-də Düsseldorfda (Almaniya) baş tutacaq. Bakıda sayca beşinci festival 29 iyul-2 avqust tarixlərində keçiriləcək.
Festivalın təşkilatçıları Azərbaycan Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Zolotoy qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
-
Onun həbsxana yaradıcılığı: Mən qərib kinorejissoram - Yılmaz Güney
...
-
Maskalar açıldı, qalib bəlli oldu - Video
...
-
Heydər Əliyev Mərkəzində Kojo Marfonun sərgisi açılacaq
...
-
“Qadınım” tamaşasına 2 prizmadan baxış
...
-
“Təhminə”nin üç paltarına 3 min dollar vermişdim” - Rəsul Quliyev - Video
...
-
Müharibə mənim üçün daim aktual mövzudu - MÜSAHİBƏ
...
-
Biz vətən üçün yararsız deyilik
...
-
Müsəlman ölkələrində “Şuşa günləri” keçiriləcək
...
-
Yaşa ölçülməməli ömür sürməliydilər - AÇIQLAMA
...
-
Son mogikan haqqında dedilər...
...