Mehriban Əliyeva da idmançılarımızı təbrik etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızı təbrik edib.
Mehriban Əliyeva instaqram hesabında Romada Azərbaycanı təmsil edən yunan-Roma güləşi üzrə heyətimizə təbrik məktubu ünvanlayıb:
“İdman sahəsində növbəti böyük uğurumuz! İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə 6 medal qazanaraq komanda hesabında ikinci yerdə qərarlaşıb. Bu möhtəşəm qələbə sevincini Azərbaycan xalqına yaşadan idmançılarımızı- qızıl medal sahibləri Sənan Süleymanovu və Rafiq Hüseynovu, bürünc medal sahibləri Eldəniz Əzizlini, Murad Bazarovu, Ülvi Qənizadəni və İslam Abbasovu və onların məşqçilərini səmimi-qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyət və qələbələr arzulayıram!
Romada Azərbaycanı təmsil edən yunan-Roma güləşi üzrə heyətimiz:
Baş məşqçi - Aleksandr Tarakanov
Böyük məşqçi - Rövşən Bayramov
Şəxsi məşqçilər:
Sənan Süleymanovun (qızıl medal 77 kq) məşqçisi Azər Hüseynov
Rafiq Hüseynovun (qızıl medal 82 kq) məşqçisi Radik Huseynov
Eldəniz Əzizlinin (bürünc medal 55 kq) məşqçisi Turac Hüseynli
Murad Bazarovun (bürünc medal 60 kq) məşqçisi Vaqif Feyzullayev
Ülvi Qənizadənin (bürünc medal 72 kq) məşqçisi Elnur Müzəffərov
İslam Abbasovun (bürünc medal 87 kq) məşqçisi Bahadur Həziyev”.
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...