Rauf Arifoğlunun dairəsi də ləğv edildi

19:13 13-02-2020 | icon 2645
Rauf Arifoğlunun dairəsi də ləğv edildi

35 saylı seçki dairəsinin nəticələri ləğv edilib.

Səsvermə prosesində DSK məntəqələrinin əksəriyyətində seçici fəallığı yüksək olmayıb, protokolların tərtib edilməsində ciddi qanun pozuntularına yol verilib. Seçicilərin sayı artıq göstərilib.

MSK tərəfindən 35 saylı seçki dairəsində quraşdırılmış 10 veb-kamera da araşdırılıb. MSK müəyyən edib ki, həqiqətən 35 saylı dairənin bütün məntəqələrində seçki qanunvericiliyinin tələbləri pozulub. Protokollar həmçinin verilməyib, eyni zamanda, onlarda uyğunsuzluq aşkarlanıb.

 

Beləliklə, MSK qərara alıb ki, 35 saylı seçki dairəsində bütün məntəqələrdə pozuntulara yol verilib və həmin dairədə seçkinin nəticələrini etibarsız hesab edib.

Qeyd edək ki, sözügedən dairədə MSK-nın nəticələrinə görə, lider namizəd tanınmış jurnalist Rauf Arifoğlu idi. 


Digər xəbərlər

0.28095602989197