Vilayət Eyvazov birinci yerə çıxdı – Rəsmi siyahı
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2013-cü ildən başlayaraq bölgələrdə mütəmadi qəbullar keçirən mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların sayı ötən il bir qədər də artırılaraq 28-ə çatdırılıb.
Bu haqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilib.
O, bildirib ki, bundan əlavə, 2019-cu ildən etibarən həmin təşkilatların rəhbərləri ilə yanaşı, onların müavinləri də qəbullar keçirməyə başlayıblar. Qeyd edilən vəzifəli şəxslər tərəfindən ötən il 59 şəhər və rayonda vətəndaş qəbulları keçirilib.
2019-cu ildə respublikanın müxtəlif bölgələrində keçirilən qəbullarda Daxili İşlər Nazirliyi – 965, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 871, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – 782, "Azərsu" ASC – 711, Kənd Təsərrüfatı Nazirliyi – 697, Ədliyyə Nazirliyi – 604, Ali Məhkəmə – 531, Təhsil Nazirliyi – 506, "Azərişıq" ASC – 490, Mədəniyyət Nazirliyi – 485, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC – 475, "Azəriqaz" İB – 473, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi – 468, Baş Prokurorluq – 443, Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 415, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – 353, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti – 330, Fövqəladə Hallar Nazirliyi – 324, Dövlət Gömrük Komitəsi – 321, Gənclər və İdman Nazirliyi – 310, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi – 308, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi – 307, İqtisadiyyat Nazirliyi – 292, Səhiyyə Nazirliyi – 279, Energetika Nazirliyi – 271, keçmiş Vergilər Nazirliyi– 249, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi – 239, Dövlət İmtahan Mərkəzi – 184 vətəndaşı qəbul edib.
-
Prezident “Euronews”a müsahibə verib
...
-
Prezident “Gülüstan” sarayında iclasda çıxış etdi - Fotolar
...
-
“Avropa Şurasından tamamilə çıxmaq məsələsinə ciddi baxa bilərik”
...
-
Yeni ədliyyə naziri təyin edildi
...
-
Prezidentin Xocalı sakinləri ilə görüşünün Videosu
...
-
Prezident sakinlərlə Xankəndini gəzdi - Fotolar
...
-
Prezident Xocalı qurbanlarını sükutla yad etdi - Foto
...
-
Prezident Xocalıda soyqırımı memorialının təməlini qoydu
...
-
Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi
...
-
Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
...