DTX Neftçalayla bağlı açıqlama yaydı

18:39 20-02-2020 | icon 2425
DTX Neftçalayla bağlı açıqlama yaydı

Dövlət Təhlükəsizlik Xidməti Neftçala rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı açıqlama yayıb.

Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.


Digər xəbərlər

0.26134777069092