Kişilərdə ilk qaliblərin adları məlum oldu

18:19 21-02-2020 | icon 4545
Kişilərdə ilk qaliblərin adları məlum oldu

Əvəz Tağıyev və Tehran Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

21-22 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olanlar çıxıb. Toplam 195 kq (85+110) çəkini ram edən Əvəz Tağıyev çempion adını qazanıb. Sonrakı yerləri müvafiq olaraq toplam 184 kq (81+103) nəticə ilə Qasım İsmayılov və toplam 163 kq (70+93) nəticə ilə Kənan Rəhimov tutublar.

Növbəti qaliblər 61 kq çəki dərəcəsində müəyyən olunub. Toplam 225 kq (100+125) nəticə ilə Tehran Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medal toplam 200 kq (90+110) nəticə ilə Elşən Məmmədova, bürünc medal isə toplam 199 kq (89+110) nəticə ilə Mehman Qəzənfərova qismət olub.

55 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Tağıyev Əvəz 2002 Neftçala Zirvə 53.0 85 110 195
2. İsmayılov Qasım 2005 Qazax UGİM 55.0 81 103 184
3. Rəhimov Kənan 2004 İsmayılli Zirvə 52.5 70 93 163
4. Həsənli Yunis 2005 Lənkəran Zirvə 52.9 73 85 158
5. Kazımov Rəhim 2004 Xırdalan Zirvə 55.0 66 86 152
6. Qurbanov Tofiq 2005 Lənkəran Təhsil 55.0 65 86 151
7. Səfərov Elmar 2005 Neftçala Zirvə 53.3 65 80 145
8. Qədimov Fuad 2005 Sumqayıt Təhsil 52.9 61 83 144
9. Abdullayev Ramil 2004 Şəki Zirvə 54.1 55 75 130
10. Quluzadə Fərman 2005 Goranboy UGİM 51.0 60 70 130
11. Quliyev Vüsət 2004 Sumqayıt Zirvə 53.6 55 65 120
12. Abbaslı Dəyanət 2003 Neftçala UGİM 54.0

 61 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Məmmədov Tehran 2002 Qobustan Zirvə 59.6 100 125 225
2. Məmmədov Elşən 2004 Lənkəran Zirvə 57.3 90 110 200
3. Qəzənfərov Mehman 1995 Gəncə Təhsil 60.8 89 110 199
4. Həsənli Nihad 2003 Lənkəran Zirvə 59.7 90 108 198
5. Nəbiyev Ravil 2004 Bakı Spartak 59.1 75 90 165
6. Hüseynli Fizuli 2002 Sumqayıt Təhsil 59.5 74 80 154

 


Digər xəbərlər

0.2832179069519