DTX-nin Neftçaladakı əməliyyatında baş həkim də saxlanıldı
Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçalada keçirdiyi əməliyyatda daha bir nəfər saxlanılıb.
Saxlanılan şəxslər arasında Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov da var.
Qeyd edək ki, dünən DTX Neftçala İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və icra başçısı İ. Vəliyevin də saxlanıldığı deyilir.
DTX-nin yaydığı rəsmi açıqlamada bildirilir ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Xatırladaq ki, baş verən hadisədən dərhal sonra Prezident İlham Əliyevin sərəncamı ilə İ. Vəliyev vəzifəsindən azad edilib.(UNIKAL)
-
David Babayan da həbs olundu - Rəsmi
...
-
Daha bir separatçı həbs edildi - DTX video yaydı
...
-
DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi
...
-
DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı
...
-
Mina partlayışlarının baş verdiyi yerdən - Dəhşətli fotolar
...
-
DTX gizlin pul köçürmələri edən şəbəkəni ifşa etdi
...
-
“İşdə ailə sirri ilə bağlı sənədlər var”
...
-
Azərbaycana uçuş aparatı ilə narkotik keçirdi, həbs edildi - Video
...
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...