“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub
İnformasiya texnologiyaları sahəsində ixtisaslı kadrların yetişməsinə xüsusi önəm verən “Nar”, bu sahədə təhsil alan gəncləri dəstəkləməyə davam edir.
ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində mobil operator İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsi tələbələrinin təhsilini dəstəkləmək üçün ADA Universitetinin Təqaüd Fonduna öz töhfəsini verib.
Fevralın 21-də baş tutan növbəti “Akademik Mükəmməllik Günü”ndə Lütfi Zadə adına təqaüd sahiblərinin adı açıqlanıb. Qeyd edək ki, bu təqaüdə layiq görülən tələbələr bir semestrin təhsil haqqından tamamilə azad olunurlar.
Bundan başqa, “Nar” və ADA Universiteti arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş istiqamətlər sırasında startap layihələrini dəstəkləyən ADA İnnovasiya Mərkəzi ilə tərəfdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına “Nar” əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər də mövcuddur.
“Nar”ın elm və təhsilin inkişafına yönəlik sosial layihələri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...
-
Neftimizin qiyməti 87 dollara çatır
...
-
“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü
...