Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görüldü - Fotolar
Fevralın 22-də Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb.
Birinci vitse-prezident Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.
Ordeni Mehriban xanım Əliyevaya Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin təqdim edib.
Qeyd edək ki, IX Piy ordeni 1847-ci ildə təsis edilib. Bu ordenlə kilsə və cəmiyyət qarşısında xidmətlərə görə təltif olunurlar. Böyük Xaç – dövlət başçılarına və yüksəkvəzifəli dövlət xadimlərinə təqdim olunan xüsusi dərəcədir.
İtaliya Respublikasının hazırkı Prezidenti Sercio Mattarella, İtaliya dövlətinin bir sıra sabiq rəhbərləri, o cümlədən Corcio Napolitano, həmçinin tac qoyulmuş şəxslər – İsveç kralı XVI Qustav, Lüksemburqun Böyük Hersoqu Anri, İspaniya Kralı Xuan Karlos və Belçika Kralı II Albert bu ordenə layiq görülənlər sırasındadır.
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...