Astara gömrük-sərhəd keçid məntəqəsi də bağlandı - Rəsmi açıqlama

10:31 24-02-2020 | icon 2981
Astara gömrük-sərhəd keçid məntəqəsi də bağlandı - Rəsmi açıqlama

"Çində aşkar edilən və qonşu İranda da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib".

Bunu açıqlamasında Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov deyib.

 

"Ölkə vətəndaşlarının zərurət yaranmadıqca İran İslam Respublikasına səyahət etməmələri tövsiyə olunur", - deyə qurum rəsmisi əlavə edib.


Digər xəbərlər

0.25966215133667