Ərdoğan Bakıya yola düşdü

11:30 25-02-2020 | icon 4020
Ərdoğan Bakıya yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə yola düşüb.

Hava limanında jurnalistlərin suallarını cavablandıran Ərdoğan səfərinin ölkələrimiz və bölgəmiz üçün faydalı olacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclası keçiriləcək.

Türkiyə dövlət başçısının Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü də olacaq.


Digər xəbərlər

0.27890801429749