Külək bu əraziləri qazsız qoydu - Fotolar
Fevralın 28-də gecə saatlarında əsən güclü külək qaz təsərrüfatına da fəsadsız ötüşməyib.
Oğuz rayonunun Bucaq, Calut, Muxas, Bayan kəndlərini qazla təmin edən 159 mm diametrində olan orta təzyiqli qaz xətti aşan irigövdəli ağacın altında qalıb. Nəticədə kəmərə ciddi zərər dəyib. Kəmərin zədələnmiş hissəsinin təmiri ilə bağlı təhlükəsizlik tədbiri olaraq 4 kəndin minə yaxın abonentinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
Binəqədi rayonu Binəqədi kəndində Ə.Qarayev küçəsində isə vətəndaşa məxsus hasarın aşması nəticəsində 25 mm və 20 mm diametrində olan qaz xətləri qırılıb, bir ədəd qaz sayğacı yararsız hala düşüb.
“Azəriqaz” İstehsalat Birliyinin qəza xidmətinin əməkdaşları hər iki halda fəsadların tezliklə aradan qaldırılmasına çalışır.
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...