İcra başçısı bazara gedib qiymətlərlə maraqlandı - Foto
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 29 fevral tarixində Bala Bəhmənli kəndində (Dörd yol adlanan ərazidə) olub, vətəndaşlarla görüşüb.
O, bazarlarda, topdansatış mərkəzlərində ərzaq məhsullarının qiymətləri ilə maraqlanıb, alıcı və satıcılarla söhbət edib. Alı Alıyev vətəndaşları narahat edən məsələlərlə, onların problem və qayğıları ilə maraqlanıb.
Alı Alıyev Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzalanan sərəncamlardan bəhs edib. Bildirib ki, ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır.
Rayon sakinləri bazarlarda qiymətlərin münasib olduğunu, hər hansı bir süni qiymət artımının olmadığını bildiriblər.
-
Sabah hava buludlu olacaq, yağış yağacaq
...
-
Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizə böyük təkan verəcək
...
-
Qarabağ çağırır
...
-
Birgə səylər bəhrə verəcək
...
-
Heydər Əliyev siyasətinin uğurlu davamı
...
-
Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi
...
-
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
...
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...