Azərbaycanda bağça, məktəb və universitetlər bağlandı - Rəsmi açıqlama
Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.
Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.
-
Aprelin 9-da imtahan verəcək şagirdlərin nəzərinə!
...
-
Müəllimlər maaş artımını yaxın günlərdə alacaq - Rəsmi
...
-
Talış kəndində ilk dərs keçirilib - Fotolar
...
-
ASAPES və MGİMO-nun ikili diplom proqramının Moskva mərhələsi davam edir - FOTOLAR
...
-
Məktəblərdə bayram tətili bu tarixdən başlayır
...
-
Emin Əmrullayev BŞTİ-də struktur dəyişikliyi etdi
...
-
AHİK Təhsilin İnkişafı Fonduna 10 000 manat ianə edib
...
-
“2-3 ilə müəllimlərin orta maaşı 1000 manatdan çox olacaq”
...
-
Müəllimlərin maaşı artırıldı - Sərəncam
...
-
Məktəblərdə yeni şagird davranış qaydalarının tətbiqinə başlanıldı
...