Avtovağzalda işıqlar söndü, növbələr yarandı - Foto
Bakı Beynəlxalq Avtovağzal Kompleksində işıqlar sönüb.
Bu barədə sərnişinlər sosial şəbəkədə məlumat yayıblar. Bildirilib ki, bir neçə saat ərzində avtovağzalda elektrik enerjisi kəsildiyi üçün biletlərin satışında problem yaşanıb, kassaların qarşısında növbə yaranıb.
BBAK-ın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova “Qafqazinfo”ya bildirib ki, elektrik enerjisinin verilməsində məhdudiyyət qısa vaxt çəkib:
“Deyildiyi kimi saatlar ərzində işıq sönməyib. Problem sadəcə 5-10 dəqiqə çəkib və həll olunub. Artıq kassalarda hər hansı problem yoxdur.
“Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, elektrik enerjisinin verilməsində yaşanmış problem Bakı-Sumqayıt yolunda aparılan təmirlə bağlı olub:
“Yol buldozerlə qazılan zaman yeraltı xətlər zərər görüb. Problem aradan qaldırılıb”.
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...