Görüntülərə görə işdən çıxarılan baş həkimin yerinə təyinat
Astara rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.
TƏBİB-dən daxil olan məlumata görə, qurumun İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Azadxanov Elnur Ramazan oğlu “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunub.
Qeyd edək ki, TƏBİB tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur.
Xatırladaq ki, sosial şəbəkələrdə koronavirus təhlükəsi ilə bağlı karantinə alınan şəxslərin videogörüntüləri yayılmışdı. Onlar xəstəxanadakı şəraitdən narazılıqlarını ifadə etmişdilər.
Fevralın 26-da isə TƏBİB-in rəhbərliyi Astara Rayon Mərkəzi Xəstəxanasında koronavirusla bağlı yaradılmış şəraitlə yerində tanış olub və işində yol verdiyi nöqsanlara görə xəstəxananın baş həkimi Əlövsət Əliyev işindən azad etmişdi.
***
Yeni baş həkim E. Azadxanov Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvüdür.
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...